Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü
41 bağça müdirinin işinə son verilib
Bu dəfə dələduzların hədəfi məşhurlar oldu
Azərbaycanda istilik tarifləri ARTIRILDI
“Melissa Park“dan daha bir NARAZILIQ
“Susuzluqdan çox əziyyət çəkirik, belə yaşaya bilmirik” - VİDEO
Şahin Şıxlinski axtarışa verildi
Kredit mütəxəssisi ailə üzvlərinin adına kredit ayırıbmış
6 dil bilir, Bakıda küçədə yaşayır...


29.07.2025  12:22 

Ağdam və Cəbrayıla növbəti köç karvanı yola salındı





A+  A-

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

XəzərNews.az xəbər verir ki, Ağdam rayonunun Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xıdırlı kəndinə Bərdə rayonundan – 22 ailə (101 nəfər); Bakı şəhərindən – 20 ailə (73 nəfər); Ağdam rayonundan – 7 ailə (20 nəfər); Mingəçevir şəhərindən – 4 ailə (14 nəfər); Yevlax rayonundan – 3 ailə (15 nəfər); Sumqayıt şəhərindən – 1 ailə (6 nəfər); Abşeron rayonundan – 1 ailə (3 nəfər); Ağcabədi rayonundan – 1 ailə (2 nəfər); Qəbələ rayonundan – 1 ailə (2 nəfər) olmaqla ümumilikdə 60 ailə (236 nəfər) köçürülüb.

Beləliklə, 29.07.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Ağdam rayonunun Xıdırlı kəndinə cəmi 130 ailə (512 nəfər) köçürülmüşdür.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Doğma yurd-yuvasına qayıdan Xıdırlı kənd sakini Qurbanov Amil öz hislərini belə ifadə edib: “Yurdumuza qayıdırıq. Allaha şükürlər olsun. Ali Baş Komandanımıza təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayıram. Xaraba qalan yerlərimiz abad olunub. Bu gündən sonra öz yurdumuzda yaşayacağıq. Bu, çox gözəl hisdir. Oradan çıxanda 13 yaşım vardı. Övladlarım çox sevinir ki, atamızın yurduna qayıdırıq”.





Xəbər 289 dəfə oxunub.



30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı

30.07.2025  12:33 

DSX-dən narkotik əməliyyatı

30.07.2025  11:11 

Sərxoş kişi Kür çayında batdı

30.07.2025  10:16 

Şamaxıda şərab zavodunda YANĞIN

30.07.2025  10:11 

Gəlin qayınananı ÖLDÜRDÜ

29.07.2025  18:24 

İlkin siyahı müəyyən olundu


BÜTÜN XƏBƏRLƏR +