Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


06.03.2017  11:39 

Zakir Həsənovdan vacib dəyişiklik – Yüksək vəzifə verdiyi polkovniki “vurdu“





A+  A-

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov kadr dəyişikliyi edib.
XəzərNews.az BakiPost.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə MN Təşkilat-Səfərbərlik İdarəsinin rəisi, polkovnik Hikmət Xalıqov vəzifəsindən azad edilib. Məlumata görə, polkovnik yaş senzi ilə əlaqədar vəzifəsini itirib.

H.Xalıqov bu vəzifəsindən əvvəl Biləcəri Toplanış məntəqəsində çağırış məntəqəsində rəis vəzifəsində çalışıb. Sonra keçmiş nazir Səfər Əbiyev onu cəzalandıraraq, mayor rütbəsinə uyğun vəzifəyə təyin edib.

Zakir Həsənovun nazir təyinatı ilə isə Xalıqovun yüksəlişi başlayıb. O, 2013-cü ildə Təşkilat-Səfərbərlik İdarəsinə müavin təyin olub. Bir neçə gün sonra isə qardaşı, polkovnik Tahir Xalıqov katibliyin rəisi vəzifəsinə gətirilib.

2014-cü ildə isə müavin postundan rəis postuna yüksəlib, yəni məşhur general-leytenant Yaşar Aydəmirovu əvəzləyib. Bir neçə ay sonra isə nazirdən daha bir mükafatlandırma gəlib. Prezidentin sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib.

Nazirliyin Mətbuat Xidmətindən xəbəri təsdiqləməyiblər: "Bizdə bu barədə məlumat yoxdur"

Xəbər 4197 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +