Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


28.02.2017  16:39 

”Prezident günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verib” - Əli Həsənov





A+  A-

“Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Dövlət başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, İlham Əliyevin prezidentliyi dövründə onlarla tarixi və mədəniyyət abidəsi əsaslı şəkildə bərpa olunub, Azərbaycanın Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rəşid Behbudov və digər tanınmış şəxsiyyətlərinə abidələr ucaldılıb: “Cənab prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir və bundan sonra da belə əməlləri törədənlər ciddi şəkildə cəzalanacaq”.
Qeyd edək ki, dünən Mükayıl Müşfiqin adını daşıyan parkda yerləşən büstün “Azəravtoyol” ASC tərəfindən götürüldüyü barədə məlumat yayılıb. “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”ndən bildiriblər ki, “Azəravtoyol” məsələ ilə bağlı onlarla razılaşdırma aparmayıb.
“Azəravtoyol” ASC-dən isə bildirilib ki, büstün dağıdılması haqqında yazılanlar həqiqətə uyğun deyil. Qeyd olunub ki, keçmiş Sovetski küçəsində yenidənqurma və genişləndirmə işləri aparıldığından büst müvəqqəti olaraq götürülüb, təmir işləri başa çatandan sonra yenidən yerinə qaytarılacaq.

Xəbər 4179 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +