Sərhədi pozan 2 iranlı saxlanıldı
Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?
Hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı
Bank kartlarından 15 min manata yaxın pul oğurlandı
Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam


10.02.2020  09:54 

Baş Prokurorluqdan müşahidəçinin ölümü ilə bağlı AÇIQLAMA





A+  A-

Baş Prokurorluq fevralın 9-da saat 19 radələrində 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsində baş verən ölümlə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevun həmin dairənin Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində 15-ə yaxın müşahidəçi və digər şəxslərin gözü qarşısında qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspetinin iştirakı ilə baxış keçirilib:

"Sübhan Hacıyevin meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin seçki məntəqəsindən dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.

Sübhan Hacıyev uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş, xəstəliyi ilə əlaqədar 2 dəfə infarkt keçirib və təxminən 6 ay bundan əvvəl koronaroqrafiya (anju) əməliyyatı olunub".

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Xəbər 1536 dəfə oxunub.




14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +