Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


30.06.2025  12:10 

Deputat özünü necə ifşa etdi?





A+  A-

Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən zorakılığa Azərbaycan ictimaiyyətinin etirazına millət vəkili Samir Vəliyev də qoşulub.

XəzərNews.az Bakupost.az- istinadən xəbər verir ki, mediaya tirajlanan açıqlamasında Samir Vəliyev şablondan, standart cümlə və fikirlərdən qətiyyən kənara çıxmır, artıq 3 gündür deyilən sözləri-ittihamları təkrarlayır. Yalnız bir neçə yerdə S.Vəliyev öz geopolitik və siyasi müdrikliyinin “epogeyini” nümayiş etdirir.

Bunlardan biri də AZAL təyyarəsi ilə bağlı Rusiyanın üzr istəməməsi haqda standart ittihamın səsləndirilməsi zamanı baş verir. S.Vəliyev deyir: “AZAL-a məxsus Bakı-Qroznı sərnişin təyyarəsinin Aktau yaxınlığında vurulması və bu hadisəyə görə Rusiya tərəfinin nə üzr istəməsi, nə də məsuliyyət daşımağa meylli olmaması da vəziyyətin başqa bir dramatik tərəfidir”.

AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında vurulubsa, demək, sərnişin təyyarəmizi vuran Qazaxıstandır! S.Vəliyevin yaxınlığında, böyür-başında bir adam yoxdurmu hörmətli millət vəkilimizə başa salsın ki, AZAL təyyarəsi Aktauda vurulmayıb, Aktauda qəzaya uğrayıb, səbəb isə odur ki, Qroznı səmasında vurulub!

Hələ cümlənin “erməni budaq cümləsi” olmasını bir yana qoyaq...

Samir Vəliyevin informasiya almaq imkanları da məhduddur, deyəsən! Deyir: “İyunun 27-də Yekaterinburqda Azərbaycan əsilli şəxslərə qarşı həyata keçirilmiş genişmiqyaslı polis əməliyyatı nəticəsində beş azərbaycanlının öldürülməsi, digərlərinin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və onlarla şəxsin döyülməsi bu tendensiyanın bariz nümunəsidir...”

Əvvəla, 5 deyil, iki azərbaycanlı öldürülüb; ikincisi, “digərlərinin ağır xəsarətlərlə xəstəxanalara yerləşdirilməsi və onlarla şəxsin döyülməsi” nə deməkdir? “Digərləri” – hansı ümumi sayın “digəridir” və hansı sayı ehtiva edir? Xəstəxanaya yerləşdirilənlər döyülməyənlərdir? Amma döyülənlər “onlarla şəxsdir”?

Ümid edək ki, Rusiyada Samir Vəliyevi oxumayacaqlar, yoxsa...

Xəbər 648 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +