Uğur istinadımız: Təşəkkürlər, “Qarabağ“!
Nazirin sabiq müavininin əmlakı müsadirə edildi
Alim Qasımov bəzi jurnalistlərdən gileylənib
“Bakı Kart“ın rəhbəri dəyişdi
Bu qurumların əməkdaşları 5 gün evdən işləyəcək
Tramp və xanımı Melaniya Britaniyada səfərdədirlər
Ukrayna Belqorodu vurdu
Gürcüstan Azərbaycana olan borcunu tamamilə bağladı
Nazirlər ya telefonu götürmür, ya da... - Deputatdan sərt açıqlama
Prezident “Qarabağı“ təbrik edib


14.12.2023  11:32 

Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsini yaratmağa hazırıq - Paşinyan





A+  A-

Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsini yaratmağa və bərpa etməyə hazırıq.

Xəzərnews.azxəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 14-də dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə bildirib.

Paşinyan xatırladıb ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri 30 ilə yaxındır bağlıdır: “Bu gün biz regional kommunikasiyaların açılması ilə bağlı çoxlu müzakirələr aparırıq və hesab edirəm ki, burada Ermənistanın çox təsirli və real addımlar atmağa hazır olduğunu sənədləşdirmək çox vacibdir. Ermənistan Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsini yaratmağa və bərpa etməyə hazır olduğunu bildirir. Üstəlik, iki əvvəldən mövcud olan dəmir yolu vasitəsilə... Birincisi, Azərbaycanın Qazaxını Ermənistanın Tavuş rayonu ilə birləşdirən şimal marşrutu, ikincisi, digərləri ilə yanaşı, Azərbaycanı Naxçıvanla birləşdirən cənub marşrutudur. Hesab edirik ki, Azərbaycanın qərb rayonları həm də şimal marşrutu ilə Naxçıvan və xarici aləmə bağlana bilər. Biz buna hazır olduğumuzu rəsmən bildirmişik. Şimal, orta və cənub marşrutları ola biləcək, bölgəmiz üçün yeni imkanlar açacaq avtomobil yolları ilə bağlıdır. Ermənistan mahiyyətcə, dünyanın qovşağından şimal-cənub və şərq-qərb oxu boyunca digər ölkələri birləşdirə bilər.

Eyni zamanda, biz Ermənistan-Türkiyə dəmir yolunun açılması baxımından, eləcə də iki Ermənistan-Türkiyə avtomobil yolunun yenidən qurulması baxımından da eyni hazırlığı bildiririk ki, bu da təkcə bizim regionumuza deyil, həm də beynəlxalq iqtisadi münasibətlərə əhəmiyyətli təsir göstərəcək”, - deyə baş nazir vurğulayıb.

Paşinyan ümid etdiyini bildirib ki, “Dünyanın kəsişməsi” layihəsi həm Ermənistanın, həm də Azərbaycanın dənizə çıxış imkanlarını genişləndirəcək və multimodal yüklərin daşınması üçün daha geniş imkanlar yaradacaq: “Bütün bunlar o zaman mümkün olacaq ki, Ermənistanla Azərbaycan arasında sülh yaransın. Əsas məsələ sülhün nə dərəcədə mümkün olması və bunun hansı prinsiplər çərçivəsində baş verməsidir”.

Xəbər 2646 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.09.2025  12:11 

Ukrayna Belqorodu vurdu

17.09.2025  10:49 

“Qarabağ” Bakıya qayıdıb

17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı


BÜTÜN XƏBƏRLƏR +