Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


24.01.2022  17:46 

Buraxılış imtahanlarının vaxtı bəlli oldu





A+  A-

Dövlət İmtahan Mərkəzi tərəfindən bu ilin mart və aprel aylarında keçiriləcək imtahanların tarixləri açıqlanıb.

XəzərNews.az xəbər verir ki, martın 5-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı Qaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar üzrə, həmçinin gürcü bölməsi üçün imtahan keçiriləcək.

Martın 6-da isə Nizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızıda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı təşkil ediləcək.

Sabunçu, Səbail, Nəsimi, Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad və Xaçmazda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı martın 12-də keçiriləcək.

Martın 13-də isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı Xətai, Abşeron, Pirallahı, Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul, Bakı (xüsusi məktəblər - internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov), ingilis və fransız bölmələri üzrə təşkil ediləcək.

Xəbər 3109 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +