Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi
ABŞ Rusiya, Çin və İrana qarşı olan layihədən çıxır?
Zelenski: Putin hazırda zəif vəziyyətdədir
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü
İçkili halda uşaq doğan ana onu pəncərədən küçəyə atdı


24.02.2020  10:39 

Faiq Röya ilə barışığından danışdı





A+  A-

Xalq artisti Faiq Ağayev həmkarı Röya Ayxanla barışıb.
XəzərNews.az xəbər verir ki, bu barədə o, “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.

Sənətçi Röya ilə münasibətlərinin bir müddət əvvəl normallaşdığını qeyd edib: “Barışıq üçün il, ay və saat gözləmək düzgün deyil. Kimdən sevgi cücərtisi, barışıq istəyi görürsənsə, şərt lazım deyil. Görüşüb barışırsan. Bizim aramızda buzlar olmayıb. Kiçik anlaşılmazlıq olub. Röya instaqramda mahnımı paylaşmışdı. Həmin gün Azad Şabanovun toyunda görüşdük, onu fəxri ad almağı münasibəti ilə təbrik etmişəm. Biz çoxdan barışmışıq, sadəcə medianın xəbəri yoxdur”.

Xatırladaq ki, qalmaqala səbəb Faiq Ağayevin Azərbaycandakı konsertlərdən real gəlir və izləyici yığan müğənnilər sırasında Röyanın adını çəkməməsi olmuşdu. Faiq ona sərt cavab verən Röyanı instaqramda “blok”a atmışdı.

Xəbər 3308 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +