Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


17.09.2017  11:12 

Milyonlarla “Android” qurğusu virusa yoluxub





A+  A-

“Check Point” şirkətinin təhlükəsizlik mütəxəssisləri tərəfindən aşkar edilmiş “ExpensiveWall” adlı yeni zərərverici proqram təminatı SMS mesajlar göndərir və fırıldaqçı saytlarda premium xidmətlərə giriş üçün istifadəçidən xəbərsiz onun hesabından pul çıxardır.
XəzərNews.az ICTnews-a istinadən xəbər verir ki, zərərverici proqram təminatı 4,2 milyon dəfə yüklənmiş “Lovely Wallpaper” və başqa proqramlarda aşkar edilib. “Google” şirkəti ümumilikdə “Google Play Store” proqramlar mağazasından 50 yoluxmuş proqram silib.

“ExpensiveWall” – ilk dəfə cari ilin əvvəlində “Google Play”də aşkar edilmiş zərərverici proqram təminatının yeni versiyasıdır. Bu müddət ərzində zərərverici proqram təminatının müxtəlif versiyaları 5,9 - 21,1 milyon dəfə yüklənib. “ExpensiveWall”ın digər versiyalardan əsas fərqi “Google Play” proqramlar mağazasının qorumasını keçməyə imkan verən təkmilləşdirilmiş texnikadan istifadə etməsidir. Bu texnikadan istifadə vaxtı zərərverici kod sıxılaraq şifrlənir ki, bu da onu aşkar etməyi çətinləşdirir.

Hazırda “ExpensiveWall” zərərverici proqram təminatı gəlir əldə etmək məqsədilə istifadə olunur. Ancaq o, ekran görüntüləri, səs yazıları, məxfi məlumatların ələ keçirilməsi üçün modifikasiya edilə bilər. Ekspertlər xəbərdarlıq edirlər ki, zərərverici proqram təminatı istifadəçidən xəbərsiz iş gördüyünə görə casus aləti kimi istifadə oluna bilər.

Xəbər 2939 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +