“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


15.08.2025  12:05 

Rusiyada Azərbaycan istehsalı yüzlərlə “Coca-Cola“ küçəyə atıldı





A+  A-

Rusyanın Sverdlovsk vilayətində küçədə yüzlərlə “Coca-Cola” butulkasından ibarət tullantı yığını aşkarlanıb.

XəzərNews.az yerli mediaya istinadla bildirir ki, hadisə Beryozovsk şəhərində İEM-in (istilik-elektrik stansiyası) yaxınlığındakı sahələrdə qeydə alınıb.

Zibil yığınını ilk olaraq yeniyetmələr aşkar ediblər. Etiketə əsasən, içki Azərbaycanda istehsal olunub. İctimai Palatanın üzvü Dmitri Çukreyev hesab edir ki, bu məhsul, yəqin ki, sanksiyalıdır.

“Görünür, sadəcə ondan qurtulublar. Çünki onu satmaq olmaz. Daha dəqiq müəyyənləşdirmək üçün butulkanı tam yoxlamaq lazımdır. Ola bilsin ki, hansısa azərbaycanlı sahibkar məhsuldan qurtulmağa qərar verib ki, ona qarşı iddialar olmasın,” — deyə Çukreyev bildirib.

Yaxın vaxtlarda zibil yığınına kommunal təsərrüfat şöbəsinin əməkdaşları gələcək. Qeyd olunur ki, onlar həmçinin polisə ərizə yazacaqlar.

Xəbər 948 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +