Elarizin qızı məhkəməyə çağırıldı
Gədəbəyin baş memarı evi sökülən qadından belə qaçdı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir
İş adamı qəzada həyatını itirdi
ABŞ Bakıdakı tədbirini təxirə saldı


19.05.2021  10:06 

Həssas qrupdan olan tələbələrin nəzərinə





A+  A-

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu bu gündən aktivləşdirir.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, 2020-2021-ci tədris ilinin payız (yarımili) semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcək.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər. http://e-telebe.edu.az elektron portalı vasitəsi ilə müraciətlərin qəbulu iyun ayının 7-dək aktiv olacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yerli təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub.

Xəbər 3981 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?

22.06.2025  12:39 

ABŞ İranı vurdu


BÜTÜN XƏBƏRLƏR +