İlham Əliyevin Ağ Evdə Donald Trampla görüşü başlayıb
Bakıda məktəbli qəfil vəfat etdi
“Sülh razılaşması imzalanacaq” - Ağ Ev
“Qaradağ Şüşə Zavodu”nun borcu niyə artır?
Adil Əliyev 5 nəfəri işdən çıxartdı
“92 bal toplamışam, vakant yer tapa bilmirəm
Putin və Tramp gələn həftə görüşə bilər... - Romada
Daha bir məşhur həkimin tibb təhsili yoxdur - İDDİA
Mərkəzdən Hövsana uzanan ölüm çökəkləri
“Sərxoş olub bizə işgəncə verirdilər” – Azərbaycanlı


11.11.2018  22:08 

Elmar Məmmədyarov mühasirədə olan Şuşada





A+  A-

Azərbaycan Respublikasının BƏƏ-dəki fövqaladə və səlahiyyətli səfiri Daşqın Şikarov rəsmi feysbuk səhifəsində xarici işlər naziri Elmar Məmmədyarovun 1992-ci ildə mühasirədə olan Şuşaya səfəri barədə yazıb.
XəzərNews.az səfirin qeydlərini olduğu kimi təqdim edir:

"Şuşa 1992, yanvar. Elmar Məmmədyarov, Yaşar Əliyev, Murad Heydərov.

1992-ci ildə Xarici İşlər Nazirliyinin protokol şöbəsinin müdiri vəzifəsində işləyən Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyyəti ilə mütəmadi olaraq ataşə tutulan, mühasirədə olan Şuşa səhərinə helikopterlə səfər etmişdir. Səfər zamanı nümayəndə heyyəti Şuşanın düşdüyü son dərəcə çətin durumu, blokada şəraitində yaşayan və hər an ölüm təhlükəsi ilə üz-üzə gələn mülki əhalinin acı vəziyyətinin şahidi olmuşdur. Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyətinə Dağlıq-Qarbağın durumu, mülki əhaliyə qarşı aparılan etnik təmizləmə siyasəti, ermənilərin məkrli planları haqqında məlumat verərək, ATƏT təmsilçilərini bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səsləmişdir. Şuşanın, Laçının mühasirədə olduğu vaxtlarda Elmar Məmmədyarov dəfələrlə müxtəlif beynəlxalq təşkilatların nümayəndə heyətlərinin mühasirədə olan rayonlarımıza səfərlərini təşkil etmiş, erməni hərbi birləşmələrinin mülki əhaliyə divan tutmasını xarici müşahidəçilərin gözü ilə bütün dünyaya nümayiş etdirmişdir.

Qeyd: Danılmaz faktdır ki, xarici siyasətimizin düzgün qurulması nəticəsində Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində aparılan danışıqlarda Azərbaycan daha güclü mövqelərdən çıxış edir və nəticə etibarı ilə bütün dünya ölkələri Dağlıq Qarabağın Azərbaycan əraziləri olduğunu, Ermənistan tərəfindən işğala məruz qaldığını qəbul edir. Eyni zamanda bir sıra ölkələrin qanunverici orqanları Xocalıda baş vermiş hadisələri soyqırım kimi rəsmən tanıyıb və bəzi ölkələrdə Xocalı qurbanlarına abidələr ucaldılıb. O da göz önündədir ki, xarici siyasətin düzgün formalaşması və idarə olunması nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri daimi üzvü seçilib

Bu gün Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasi kursun icra edilməsində əsas rollardan biri də məhz xarici işlər nazirliyinə və onun rəhbərinə məxsusdur. Və bu baxımdan demək olar ki, indiyə qədər bu sahədə əldə edilmiş uğurlarda bütövlükdə xarici siyasət orqanının və fərdi olaraq nazir E. Məmmədyarovun xüsusi rolu var."



Xəbər 4482 dəfə oxunub.




08.08.2025  17:25 

Yevlaxda ÜÇ MAŞIN toqquşdu

08.08.2025  16:45 

Bakı-Qazax yolunda təmir gedir

08.08.2025  15:39 

Qardaş bacısını baltaladı

08.08.2025  14:15 

Vardan Arutyunyan saxlanılıb

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +