41 bağça müdirinin işinə son verilib
Bu dəfə dələduzların hədəfi məşhurlar oldu
Azərbaycanda istilik tarifləri ARTIRILDI
“Melissa Park“dan daha bir NARAZILIQ
“Susuzluqdan çox əziyyət çəkirik, belə yaşaya bilmirik” - VİDEO
Şahin Şıxlinski axtarışa verildi
Kredit mütəxəssisi ailə üzvlərinin adına kredit ayırıbmış
6 dil bilir, Bakıda küçədə yaşayır...
Nazirlikdən üzərliklə bağlı XƏBƏRDARLIQ
Ali məktəblərə ixtisas seçimi bu tarixlərdə KEÇİRİLƏCƏK


07.09.2023  21:03 

Hacıyevin İsrail səfəri: Netanyahu ilə danışıqlarda 4 NÜANS





A+  A-

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İsrailə səfəri, Baş nazir Binyamun Netanyahu ilə görüşünün baş tutma səbəbləri maraq doğurur.

Birinci nüans

Hacıyevin səfəri Türkiyə xarici işlər naziri Hakan Fidanın Tehrana səfər edərək iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla danışıqlarından sonraya təsadüf edir. Burada bir əlaqə varsa, deməli Fidan-Abdullahian danışıqlarının Cənubi Qafqazı əhatə edən hissələri ilə bağlı Tehranın mövqeyi dəyişməyib.

Bu mənada Hikmət Hacıyevin İsrail proqramı Fidan-Abdullahian danışıqları fonunda regional problemli münasibətlərə müştərək maraqlarla nəzər salmağın aktual olduğunu göstərir.

Bunu Hikmət Hacıyevin “İsrailin “i24NEWS” telekanalına müsahibəsində səsləndirdiyi “Azərbaycan İsrail və Türkiyə ilə yeni üçtərəfli əməkdaşlıq formatını təklif edir” mövqeyi daha aydın ifadə edir.

İkinci nüans

Azərbaycan və Türkiyə İraq Kürdüstan Regionundakı fəaliyyətini koordinasiya edir ki, bu, İsrail tərəfindən alqışlanır. İndi Azərbaycan-Türkiyə strateji əməkdaşlığının İsraillə mövqelərini tutuşdurması qalır – Təl-Əvivin aktiv fəaliyyət diapozonu regiondakı əməkdaşlıq mühitinə töhfə verir.

Bu məsələ regionda Azərbaycan-Türkiyə-İsrail üçbucağındakı əməkdaşlığa total üstünlük qazandıra bilər – hərçənd ABŞ ilə də uzlaşan formullar tapılmalıdır.

Üçüncü nüans

İranın Suriya, İraq və Livanda fəaliyyət sferasını canlı tutmaq üçün xeyli aktivləşib, bunun Cənubi Qafqaz oxuna da mümkün təsirlərini hesablamaq lazımdır.

Bu xüsusda Azərbaycan İsrailin hesablamalarından yararlanmağa davam edəcək, iki ölkə arasındakı kəşfiyyat məlumatlarının mübadiləsi burada mühüm rol oynayır.

Dördüncü nüans

Ermənistan Cənubi Qafqazdakı köhnə işğalçılıq narrativlərini təkrarlayır, region üçün böyük təhdidlərin mənbəyinə çevrilir. Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq genişmiqyaslı hərbi əməliyyatlar keçirə bilər. Bu məsələdə İsrailin dəstəyi davamlıdır, ancaq növbəti mərhələ üçün də dəqiqləşdirmələr önəm daşıyır.

Nəticə kimi, sarsıntılı regional təməllərdən dolayı Bakı ilə Təl-Əviv arasında bölgədəki dinamikanı ölçən barometrlər yenilənməlidir.

Hikmət Hacıyevin səfəri ölçmə indikatorlarını təyin edib, onlardan doğan maraqları ikitərəfli və çoxtərəfli formatlarda inkişaf etdirməyə hesablanıb.

Hərçənd Azərbaycanın məqsədi İrana qarşı sərtləşdirici tədbirlər görmək yox, Tehranın mümkün regional ambisiyalarını neytrallaşdıracaq platformalar təsis etməkdir.

Razılaşmaları dəstəkləyə biləcək mexanizmlərin qurulması üçün Azərbaycan xeyli şəkildə aktiv diplomatik qrafikdə işləyəcək, bundan sonrakı dönəmdə Bakı ilə ABŞ arasında qeyd edilən mövzularda stratei yanaşmaları inkişaf etdirəcək dialoqlar başlana bilər.

Aqşin Kərimov,
Siyasi şərhçi


Xəbər 3068 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı

30.07.2025  12:33 

DSX-dən narkotik əməliyyatı

30.07.2025  11:11 

Sərxoş kişi Kür çayında batdı

30.07.2025  10:16 

Şamaxıda şərab zavodunda YANĞIN

30.07.2025  10:11 

Gəlin qayınananı ÖLDÜRDÜ

29.07.2025  18:24 

İlkin siyahı müəyyən olundu


BÜTÜN XƏBƏRLƏR +