Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


26.03.2025  10:53 

Ermənistan “28 dəqiqə”də yoxa çıxdı... - ARTE TV-də şok





A+  A-

Hərdənbir ən qatı əleyhdarlarımızda da, obrazlı dillə desək, qısaqapanma baş verir və onlar bizimlə bağlı keçmiş və gələcək həqiqətləri dilə gətirir, etiraf edirlər.

Fransanın ARTEfr telekanalının ermənilərə şok yaşadan son addımı da məhz həmin "qısaqapanma"lardan biridir.

Sözügedən telekanal martın 24-də yayımlanan “28 dəqiqə” verilişində Türkiyədə və regionda baş verən son proseslərin müzakirəsi zamanı xəritə paylaşıb və aparıcı Elizabet Quinn həmin xəritəni yeni dünya düzənini əks etdirən xəritə kimi təqdim edib.

Gördüyünüz kimi xəritədə Azərbaycan və Türkiyə yer alsa da, Ermənistan isə göstərilməyib.

ARTEfr kanalının yaydığı bu xəritədə Azərbaycan və Türkiyə birbaşa həmsərhəddir. Bu iki türk dövlətinin arasında Ermənistan yoxdur.

Keçmiş zamanlardan ta 20-ci əsrin 20-ci illərinə qədər də belə olub. Yəni ki, Azərbaycanla Türkiyə arasında erməni-flan olmayıb. Ermənistan adlı dövlət də Antantanın "xeyir-dua"sı və Kremlin icrası ilə qondarılıb.

ARTE TV-nin ermənilərdə şok yaradan bu təqdimatından belə görünür ki, Yelisey Sarayında oturanlar mümkün perspektiv ssenarilərdən biri kimi Ermənistan Respublikasının yaxın gələcəkdə Cənubi Qafqazın geosiyasi səhnəsindən tamamilə silinəcəyi ehtimalını da nəzərdən keçirirlər.

Zəngəzur dəhlizinin açılması bu ehtimalı gerçəyə çevirə bilər. Hər halda, Azərbaycan və Türkiyə bu istiqamətdə daha da qətiyyətli olmalı, birgə səylərini artırmalıdırlar.

Bəybala Mirzəyev

Xəbər 3854 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +