Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT
“PulPal” “Mpay”də qanun pozuntuları aşkarlanıb
Təhsil Tələbə Kreditini almaq niyə əlçatmaz olub?
Daha bir məktəb direktorunun səs yazısı yayıldı
Nazirlik Mehdiyevlərin şirkətilə 288 min manatlıq müqavilə imzaladı
Qubada həll olunmayan yol problemi
Kəlbəcərdə yaralanan jurnalist məhkəmədə ifadə verdi
“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...
Kosmetoloq jurnalisti məhkəməyə verdi
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?


07.02.2017  15:52 

Dolların ucuzlaşması məhsulların da qiymətini endirəcək?





A+  A-


"Hərracda rəsmi məzənnənin ucuşlaşaraq 1,8251 olması qiymətlərə təsir etməyəcək”.

XəzərNews.az bildirir ki, bu sözləri BakiPost.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, ucuzlaşmanın təsirsiz ötüşməsinin səbəbi bu gün bazarda olan malların əvvəlki məzənnə ilə alınmasıdır: "Hərracda rəsmi məzənnə 1,8251 oldu. Görürəm ki, ərzaq və qeyri-ərzaq qiymətlərinin də ucuzlaşması gözləntiləri yaranıb. Amma biznes belə çevik deyil. Məzənnənin qiymətlərə o dəqiqə təsiri olmur, ola da bilməz. Çünki biznes özünü sığortalayır, müqavilələr öncədən bağlanılır. Bu gün bazarda olan mallar əvvəlcədən alınıb. Bəlkə də, 1,90-1,95 koridoru olarkən valyuta ilə ödənişlər edilib. Ona görə də məzənnənin qiymətlərə təsiri olmayacaq. Çünki obyektiv olan bu səbəblərə görə fevralın sonu, martın əvvəli valyutaya təlabat artacaq:

1. Büdcə xərcləri, büdcədən maliyyələşən investisiyalar üçün vəsaitin ayrılması indi başlayacaq;

2. Novruz Bayramında ölkəyə idxal artacaq;

3. Bayramlarda ölkədən səfərə gedənlərin sayında kəskin artım olacaq”.

İqtisadçı qeyd edib ki, bu gün hərracda təklif olunan valyutanın həcmi dəyişməyib – 35 mln. dollar olub: "Həftədə 2 dəfə hərrac olur, 70 mln. dollar satılır. Bu da ya aya 280 mln. dollar edir. Bu templə dollar satışı davam etsə, ilə 3,4 mlrd. dollar vəsait edir. Ölkənin isə il ərzində valyuta təlabatı, təqribən, 10-11 mlrd. dollardır. Yəni, görünən odur ki, nə məzənnəni aşağı hədlərdə saxlamağa, nə də dar həcmdə valyuta satışını davam etdirməyə imkan və resurs yoxdur”.

Natiq Cəfərli bildirib ki, indi Mərkəzi Bankın əsas hədəfi məzənnənin sabitləşdirilməsi olmalıdır: "Bəlli koridorda məzənnə sabitləşməsə bu bank sektoruna da, ticarətə də ciddi mənfi təsir edəcək. Mərkəzi Bank sərt pul siyasəti ilə manatın dövriyyəsini də xeyli azaldıb, manat kütləsinin həcmi 2 dəfədən çox aşağı düşüb. Bu addım məzənnəyə, inflyasiyaya müsbət təsir göstərsə də, ticarət dövriyyəsinə, iqtisadi aktivliyə ciddi zərbə vurur”.

İqtisadçının sözlərinə görə, aktivliyin azalması iş yerlərinin itirilməsinə, əhalinin gəlirlərinin azalmasına səbəb olur: "Orta və uzun bir vaxt müddətində bu addım ölkəyə məzənnənin özündən daha çox ziyan vuracaq”.

 



Xəbər 3106 dəfə oxunub.




31.07.2025  14:44 

Bu ərazilərdə işıq kəsiləcək

31.07.2025  14:33 

Qubada həll olunmayan yol problemi

31.07.2025  13:50 

İlham Əliyev sərəncam imzaladı

31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +