Raqif Abbasov 17 ildə büdcəni belə “yeyib” - Təfərrüat
İsrail növbəti dəfə Ərdəbilə hücum edib
“RR Constructions“ MTK-nın tikdiyi istinad divarı uçub
Onlarla şirkət Rusiyanı tərk edir
Tramp İranla müharibəyə başlayır - 48 saat ərzində qərar veriləcək
Bakıda yağış yağacaq
Ağciyər Xəstəlikləri İnstitutunda faciə
SEPAH-ın Təbrizdəki ballistik raket bazası məhv edildi
Partlayış səsləri ilə əlaqədar təşvişə düşməyin - Çağırış
Ruslan Kravçenko Ukraynanın baş prokuroru təyin edildi


24.09.2021  15:00 

Bakıda intensiv yağış yağacaq





A+  A-

Bakıda və Abşeron yarımadasında sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var, gündüz tədricən kəsiləcək.

XəzərNews xəbər verir ki, sentyabrın 26-sı səhər şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycan rayonlarında sentyabrın 26-sı gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal-şərq rayonlarında isə güclü olacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir.

Yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25 m/s, Kürvadisi rayonlarında arabir 30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Xəbər 3508 dəfə oxunub.




18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?

17.06.2025  16:41 

Xaçmazda tələbə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +