Ordumuz Xəznəvara atəş açmayıb - Rəsmi
Elgünün ölüm səbəbi açıqlandı - RƏSMİ
Rövşən Qurbanov həbs edildi
“Bu görüntülər məni məhv etdi”-Xoşqədəm
Lənkəranda bağçada uşaqlara şiddət göstərilib?
Araz Musayevi bıçaqlayanlar Azərbaycan vətəndaşlarıdır?
İran Fələstin mövzusuna zərbə vurmağa hazırdır - Politoloq
Komandirin 150 min manatı ələ keçirilib
Araz Musayev niyə bıçaqlanıb? - SƏBƏB
Fransanın məşhur manyakları...


21.11.2019  13:48 

Siqareti necə tərgitmək olar?





A+  A-

Bu gün ətrafımızda kifayət qədər siqarət çəkən insanlar var. Bəs, insan sağlamlığına zərər vuran bu bəladan necə qurtulmaq olar?
XəzərNews.az xəbər verir ki, siqaret tərgitmək istifadəçilər üçün çətin görünsə də, bu, heç də mümkünsüz deyil.

Ekspertlər hesab edir ki, siqareti tərgitmək üçün qarşıdakı iki həftə ərzində özün üçün bir gün müəyyənləşdirməlisən. Bu, insana özünü hazırlaması üçün yetərli vaxt qazandıracaq.

Siqaret çəkmək istəyi yarananda nə etmək lazımdır?

Bu, sadəcə bir neçə dəqiqə çəkir. Belə olan halda hər hansı bir məşğuliyyət insanın siqaretdən fikrini yayındırır. Bu zaman biri ilə telefonda danışmaq və yaxud da mesajlaşmaq siqaret çəkmək istəyini uzaqlaşdırır.

Bundan başqa, insan siqareti tərgitmək səbəblərini də gözdən keçirməlidir. Bu, insana əlavə güc verir. Siqaret çəkmək əvəzinə saqqız çeynəmək də faydalı vasitə sayılır.

Siqaret çəkmək istəyi nədən yaranır?

Bunun səbəbləri müxtəlifdir. Məsələn, siqaret çəkən insan stressli olanda və yaxud da ətrafında popiros qoxusunu hiss edəndə onda da bu istək yaranır. Aludəçi insan siqaret çəkdirən səbəbləri taparaq ondan uzaqlaşa bilər. Siqareti təgitmək eyni zamanda insanın yeməyə olan iştahını da artırır. Belə olan halda qəbul etdiyi qidalar daha da ləziz olur.

Siqareti tərgidəndən sonra insan orqanizmində nələr baş verir?

2 həftə-3 ay sonra: Qan dövranı yaxşılaşır və infarkt riski azalmağa başlayır.

1–9 ay sonra: Daha az öskürək olur və insan daha asan nəfəs alır.

1 il sonra: Ürək xəstəliyi riskləri yarıya enir. Bundan başqa, xərçəng xəstəliyi riskləri də azalır.

Qeyd edək ki, siqareti tərgitmək həm də büdcəyə faydalıdır. Hazırda Azərbaycanda siqaretin orta qiymətinin 2 manat olduğunu nəzərə alsaq, bu, aylıq 80-100 manatın cibdə qalması deməkdir.

Xəbər 1658 dəfə oxunub.




29.05.2025  11:38 

Rövşən Qurbanov həbs edildi

29.05.2025  07:07 

Fransanın məşhur manyakları...


BÜTÜN XƏBƏRLƏR +