Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


16.10.2018  17:11 

Bağça müdirinə cinayət işi açıldı - Müavini həbs olundu





A+  A-

Azərbaycanda bağça müdiri, müdirin müavini və bağçanın işçisi barəsində cinayət işi başlanılıb.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən "Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Həmin şəxslərdən - Aləmzar Əliyeva barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri, digər iki şəxsin barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məlumata görə, T.Bağırova və müdir müavini A. Əliyeva "Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onlardan işə qəbul edəcəklərinə dair söz verərək pul alıb.

T.Bağırova və A. Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Bir neçə qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.

Daha sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət edib.

Cinayət işində 19 zərərçəkmiş var.

Artıq cinayət işinin ibtidai istintaqı başa çatıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin hazırlıq iclası hakim Novruz Kərimovun sədrliyi ilə oktyabrın 22-də başlayacaq.

Xəbər 3288 dəfə oxunub.



22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +