Hicran Hüseynova təltif olundu
Məcburi üzvlükdən söhbət gedə bilməz - Müşavir
Bilgəhdə dənizdə batan şəxs tapıldı
“BakuBus“un avtobusu tüstüləndi
İranın iştirakı ilə ABŞ onun qatilini yaratdı - Açıqlama
Tramp Çinə tarifləri təxirə saldı
Zelenski Rusiyaya bu torpaqları verə bilər
Aytən Səfərovaya cinayət işi açıldı
Paşinyan məzuniyyətə çıxıb
“Azərsu” yerini tapmadığı mənzilə 955 manat borc yazıb


19.05.2023  19:35 

Bakının axşam TIXACı: 131 avtobus gecikir





A+  A-

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 49 müntəzəm marşrut xətti üzrə 131 avtobusun hərəkət intervalında gecikmələr var.

XəzərNews.az Bakı Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir:

1. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M. K. Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda, əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.

2. Binəqədi şosesi – Binəqədi istiqamətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-13 dəqiqə gecikmə var.

3. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 14-22 dəqiqə gecikmə müşahidə olunur.

4. Xocalı prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-24 dəqiqə gecikmə qeydə alınır.

5. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127,149 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-19 dəqiqə gecikmə müşahidə olunur.

6. Mikayıl Useynov prospekti Azneft meydanı istiqamətində 5, 6, 53, 88, 125, 127,149 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-18 dəqiqə gecikmə müşahidə edilir.

7. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, E1, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-25 dəqiqə gecikmə müşahidə olunur.

8. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıq. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə var.

9. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-19 dəqiqə gecikmə müşahidə olunur.

10. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11, 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-24 dəqiqə gecikmə var.

Xəbər 3239 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.08.2025  13:07 

Ortaaylıq əməkhaqqı artıb

12.08.2025  13:03 

Sabahın havası açıqlandı

12.08.2025  13:00 

Hicran Hüseynova təltif olundu

12.08.2025  10:19 

Paşinyan məzuniyyətə çıxıb

11.08.2025  18:14 

Azərbaycanlı mer namizədi oldu

11.08.2025  18:02 

Paşinyan Sazişdən yazdı

11.08.2025  17:09 

Röyanın atası vəfat edib

11.08.2025  15:10 

Paşinyan Putinlə danışdı


BÜTÜN XƏBƏRLƏR +