“Azərsu” yerini tapmadığı mənzilə 955 manat borc yazıb
Azərbaycanlı mer namizədi oldu
Makron da Vaşinqton Sazişini alqışlayır
Paşinyan Sazişdən yazdı
Röyanın atası vəfat edib
FHN 2 otaqlı evi 63 min manata tikdirir
Vilayət Eyvazov Xaçmazda qəbul keçirəcək
Azərbaycanlı sahibkarları “çimdikləyə“ bilərik - Deputat
Paşinyan Putinlə danışdı
“Azercell” oğurluğa davam edir - Elmi işçi


06.07.2017  14:44 

Məhbusları İrana ekstradisiya edib 1 milyon qazanmaq istəyənlər kimdir?





A+  A-

Təqaüddə olan polkovnik və dəstə üzvləri hakim qarşısında
Dələduzluğa görə tutulan və hazırda təqaüddə olan MTN polkovniki və digərlərinin məhkəməsi olub.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən Vüqar Əsədovun müdafiəsinə vəkil Əbil Həsənov qoşulub.

Prosesin davamında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, adıçəkilən şəxslər Səriyyə Tahirovanın həyat yoldaşı Rafiq Tahirovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini vəd edərək ondan 89 min 800 manat alıb.

R.Tahirov qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirdiyi üçün MTN tərəfindən saxlanılıb.

Məhkəmənin hökmü ilə R.Tahirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, təqsirləndirilən şəxslər zərərçəkmiş Elçin Orucovu polisə işə düzəltmək üçün atası Əkbər Orucovdan 8 min manat, Misir Əhmədovdan oğlunu polisə işə düzəltmək adı ilə 8100 manat pul alıblar.

Həmçinin, iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəklərini vəd edərək Aybala Namazovdan 35 min manat, Ədalət Əsgərovdan 115 min alıblar.

İttihama münasibət bildirən V.Güləli özünü təqsirli bilmədiyini deyib.

İttihama münasibət bildirən V.Güləli də özünü təqsirli bilmədiyini deyib: "Mən özüm aldadılmışam".

Digər təqdirləndirilən Nicat Əliyev isə özünü qismən təqsirli bildiyini deyib: "Ədalət Əsgərovun epizodu üzrə təqsirliyəm. Amma orda da məbləğ şişirdilib. Cəmi 50 min pulolub".

Digər təqsirləndirilənlər də özlərini təqsirli bilmədiklərini deyiblər

Xatırladaq ki, həbs edilənlərdən Vüqar Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub. O, MTN ləğv edilmədən əvvəl təqaüdə çıxıb.

Dəstə üzvləri Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilirlər.

Təqdirləndirilən şəxslərdən üçü- V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Digərləri isə həbsdədir.

Xəbər 3684 dəfə oxunub.




11.08.2025  18:14 

Azərbaycanlı mer namizədi oldu

11.08.2025  18:02 

Paşinyan Sazişdən yazdı

11.08.2025  17:09 

Röyanın atası vəfat edib

11.08.2025  15:10 

Paşinyan Putinlə danışdı

11.08.2025  14:23 

Vahan Kostanyan Tehrana gedir

11.08.2025  14:22 

Qusarda iki nəfər baltalandı

11.08.2025  12:31 

Məktəbli formaları UCUZLAŞDI


BÜTÜN XƏBƏRLƏR +