Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


28.09.2023  09:31 

Silah-sursat gəzdirən 16 nəfər saxlanılıb





A+  A-

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən, eləcə də üzərində qanunsuz odlu silah-sursat gəzdirən ümumilikdə 16 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Xəzərnews.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı üzərində avtomat silahı gəzdirməkdə şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər də məhkum olunmuş Cavidan Musayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 29 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində silahı bir neçə il əvvəl tapdığını və müxtəlif yerlərdə gizlədərək üzərində gəzdirdiyini bildirib.

Ekspertizanın da rəyinə əsasən C.Musayevdən götürülən sihah-sursatın atəşə tam yararlı olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində iranlı narkotacir “Mövsüm” adlı şəxs tərəfindən kuryerliyə cəlb edilən Gəncə şəhər sakini Amil Tağıyev saxlanılıb. Sonuncu dəfə o, narkotik vasitəni 1000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında əvvəlcədən ona göndərilən ünvana çatdırmağa razılaşsa da, ancaq polis əməkdaşları tərəfindən yaxalanıb.

Üzərində daşıdığı bağlamaya baxış keçirilərkən müxtəlif növ narkotik vasitə və psixotrop maddə - tərkibi psixotrop maddələrlə zənginləşdirilən 4 kiloqram 420 qram qurudulmuş marixuana, 515 qram heroin, o cümlədən 54 qram metamfetamin aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən Şəki rayonunda keçirilən növbəti əməliyyat tədbirləri zamanı narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan cinayətkar qrup yaxalanıb. Həmin şəxslərin əvvəllər məhkum olunmuş Alim Cabbarov, Elman Şirinov və Faiq Mustafayev olduqları müəyyən edilib. Onlardan ümumi çəkisi 4 kiloqram 450 qram olan müxtəlif narkotik vasitə və psixotrop maddələr aşkarlanaraq maddi sübut kimi götürülüb.

Keçirilən digər silsilə əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan daha 11 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə 15 kiloqrama yaxın müxtəlif növ güclü təsiredici narkotik vasitələr və yaş halda çəkisi 75 kiloqramdan artıq 360 ədəd narkotik tərkibli bitkilər aşkar edilərək dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 3152 dəfə oxunub.



22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +