Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə


13.07.2021  10:57 

Kürdə suyun səviyyəsi AZALIR





A+  A-

Kür çayında suyun səviyyəsi azalmaqda davam edir.
XəzərNews.az xəbər verir ki, Kürün aşağı axınında, Salyan rayonu ərazisindən keçən hissəsində vəziyyət daha ağırdır.

Belə ki, hər gün çayda azalmalar müşahidə olunur. İyun ayının 1-dən indiyədək Kür çayında suyun səviyyəsi 1,6 metr aşağı düşüb. Nəticədə çayın bir çox ərazilərində irili-xırdalı xeyli sayda adalar yaranıb.

Bu da Kür boyunca quraşdırılmış su nasos stansiyalarına ciddi təsir edib. Çayda su az olduğundan su nasosları tam gücü ilə işləyə bilmir.

Pambıq və digər əkin sahələrinin suvarılmasında çətiniklər yaşanır. Bununla yanaşı əhali şəxsi təsərrüfatlarını vaxtında suvara bilmədiklərindən bağlarda meyvə ağaclarının quruması müşahidə olunur.

Hazırda Kür çayının indiki vəziyyəti heç də ürəkaçan deyil. Mütəxəssislər hesab edirlər ki, yaxın vaxtlarda bununla bağlı təxirəsalınmaz tədbirlər görülməzsə, vəziyyət acı sonluqla nəticələnə bilər (report).

Xəbər 3511 dəfə oxunub.



25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +