Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə


05.07.2021  16:36 

Qəbul imtahanlarının saatı dəyişdirildi





A+  A-

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib.
XəzərNews.az-ın məlumatına görə, DİM tərəfindən keçirilən qəbul imtahanları (o cümlədən iyulun 10-da keçiriləcək SABAH qruplarına qəbul imtahanı) isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.

Abituriyentlər nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasında olmalıdırlar. “İmtahana buraxılış vərəqəsi”ndə, həmçinin imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və s. məlumatlar qeyd olunur. Buraxılış vərəqələri imtahandan 1 həftə öncə Mərkəzin saytına yerləşdirilir.

Abituriyentlərə özləri ilə şəffaf plastik qabda qazsız su da gətirmələri tövsiyə olunur.

Xəbər 3678 dəfə oxunub.



25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +