Paşinyan Rusiyaya səfər öncəsi Trampla RAZILAŞDI - Zəngəzur dəhlizi...
33 məktəb direktoru işdən çıxarıldı
“Defacto” vətəndaşa malı 5 manat baha satdı - 4 min cərimələndi
“Narkozu çox vurdular, uşağımın ürəyi partladı
Bu şəxslərə maaşdan əlavə pul veriləcək
Nüfuzlu şəxslərin məlumatlarını satışa çıxaran haker TUTULDU
Məşhur restoranda vətəndaşdan əlavə ödəniş alındı
Bakıda yanğın söndürmək üçün nəzərdə tutulan su sakinlərə 30 manata satılır
Yeniyetmə çimərlikdə günvurmadan öldü
Xırdalanda 4 yaşlı uşaq qızdırmadan öldü


29.12.2020  13:36 

Sabah hava buludlu olacaq





A+  A-

Dekabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Dekabrın 30-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 30-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər 3025 dəfə oxunub.




23.07.2025  14:27 

Prezident fərman imzaladı

23.07.2025  11:24 

Kəlbəcərdə zabit vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +