Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


21.11.2023  10:50 

“Ermənistan anlamalıdır ki, barışın kökləri Vaşinqtonda yox, regiondadır“ - Hikmət Hacıyev





A+  A-

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib. Ermənistan anlamalıdır ki, barışın kökləri Vaşinqtonda yox, regiondadır".

Xəzərnews.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfrans çərçivəsində xarici jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən xoş niyyət göstərilərsə, sülh müqaviləsinin imzalanmasında hansısa maneə görmür.

"Ancaq Ermənistan anlamalıdır ki, barışın kökləri Vaşinqtonda yox, regiondadır. Bizim üçün müharibə bitib, yeni status-kvo yaranıb. Bundan əvvəlki status-kvo tam fərqli və qəbuledilməz idi. İndiki status-kvonun əsasını isə beynəlxalq hüquq təşkil edir. Ona görə də sülh müqaviləsinin imzalanmasında hansısa maneə yoxdur. Yaxın gələcəkdə sülhün görünüb-görünməməsi ilə bağlı bir şey demək çətindir. Üçüncü tərəfləri regiona daşımaqdansa, iki tərəf arasındakı danışıqları irəli aparmaq lazımdır. Qapıların qapalı qalması Ermənistanın işğalçı, təcavüzkar siyasətinin nəticəsidir. Ermənistan regionda pozitiv gündəmlə çıxış edəcəyi təqdirdə münasibətlər, təbii ki, normallaşa bilər".

Xəbər 2632 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +