Binəqədidə çirkab suları küçəyə axır - Foto
Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır


05.11.2023  09:45 

Kiçik bombalardan istifadə edin... - ABŞ-ın İsrailə məsləhəti





A+  A-

ABŞ rəsmiləri İsrail hakimiyyətinə Qəzzaya hücumlar zamanı itkilərin azaldılması, o cümlədən kiçik bombalardan istifadə edilməsi üçün “konkret addımlar” təklif edib.

Xəzərnews.az xəbər verir ki, məlumatı “New York Times” mənbələrə istinadən yayıb.

Bildirilir ki, Vaşinqton israillilərdən “əməliyyatlarında daha ölçülü-biçil yanaşmanı” istəyib.

İsraildən həmçinin bombardmandan əvvəl “Həmas komandanlıq və nəzarət şəbəkələri haqqında daha çox kəşfiyyat məlumatı” toplaması, habelə mülki əraziləri yaraqlı bölgələrdən ayırmaq üçün quru qoşunlarından istifadə etməsi tələb olunub.

Daha əvvəl Politico xəbər vermişdi ki, ABŞ Demokrat Partiyasının Konqresdəki nümayəndələri İsrailin Qəzzaya dağıdıcı hücumlarını davam etdirəcəyi təqdirdə onu “cəzalandırmaq” variantlarını nəzərdən keçirir. Qeyd olunur ki, daha əvvəl ABŞ prezident administrasiyası Təl-Əvivdən əhalinin sıx məskunlaşdığı Cəbəliyə qaçqın düşərgəsinə hücumun səbəblərini izah etməyi tələb edib.

Politico-nun mənbəsi bildirib ki, İsrail üçün “cəza” tədbirləri, o cümlədən “insan hüquqlarının yoxlanılması” artıq müzakirə olunur. O qeyd edib ki, bunun üçün “xüsusi mexanizmlər” var. Konqresmen ABŞ-da mövcud olan və Amerika hökumətinin insan hüquqlarını pozan dövlətləri dəstəkləməsini qadağan edən “Leakey Qanunu”nu da xatırladıb.

Xəbər 2915 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +