Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


20.06.2022  21:32 

BMT-nin Əhali Fondunun ölkə direktoru ilə görüş olub





A+  A-

Əmək və Əhaliniin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Hassan Mohtaşami ilə görüş olub.

XəzərNews.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə demoqrafik vəziyyət, əhalinin sabit artımı tempi barədə məlumat verib. Son illər Nazirliklə BMT Əhali Fondu arasında əməkdaşlıq gündəliyinin yeni birgə layihələr əsasında xeyli genişləndiyini diqqətə çatdırıb.

Nazir əməkdaşlıq çərçivəsində ölkəmizdə üzünmüddətli əhali proqnozlarının hazırlanması və proqnozlaşdırma sisteminin yaradılmasının, bu sahədə kadr potensialının gücləndirilməsi üçün hazırda da davam edən işlərin mühüm önəmini vurğulayıb.

S.Babayev birgə icra olunan “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsini qeyd edib. Layihənin mühüm uğurlarından biri kimi, BMT Avropa üzrə İqtisadi Komissiyasının ötən il Siyasi İcmal buraxılışında Azərbaycanın fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsi olan ölkələrdən biri kimi təqdim edildiyini bildirib.

Layihə çərçivəsində Azərbaycan üçün hazırlanmış Fəal Yaşlanma indeksinin fəal və sağlam yaşlanma potensialının qiymətləndirilməsi və bu sahədə siyasətin təkmilləşdirilməsində əhəmiyyəti vurğulanıb.

İqtisadiyyatın yaş və ya nəsillərarası aspektinin milli səviyyədə qiymətləndirilməsi üçün BMT-nin Əhali Fondu ilə birgə icra olunan “Milli Transfer Hesabları” layihəsindən də bəhs olunub.

H.Mohtaşami əməkdaşlığın bütün istiqamətlərində müsbət nəticələrin olmasının məmnunluq doğurduğunu vurğulayıb.

Görüşdə demoqrafik proseslər və əhali inkişafının proqnozlaşdırılması, doğulanlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması, aktiv yaşlanma sahəsində birgə fəaliyyətin davam etdirilməsi və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xəbər 2849 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +