Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


29.09.2021  14:07 

DİN-dən obyekt sahiblərinə xəbərdarlıq





A+  A-

Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarına uyğun olaraq, oktyabrın 1-dən etibarən mədəniyyət obyektləri, kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə məkanları (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar saat 00:00-dək fəaliyyəti bərpa edilir.
XəzərNews.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitləri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bakupost.az -a bildirib ki, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanları kateqoriyasına kompyuter-oyun (PlayStation) zal və salonları da daxildir.

Bu sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər, 18-dən yuxarı olmayan şəxslərdən isə COVID-19 pasportu tələb olunmur. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVİD-19 pasportu tələb olunan məkanlara COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Fəaliyyəti bərpa olunan digər qapalı məkanlarda olduğu kimi kompyuter-oyun (PlayStation) zal və salonlarında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmalıdır. Bununla bağlı müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılacaq, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.

COVİD-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda qeydə alınan pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.

Xəbər 3430 dəfə oxunub.



03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +