Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü


14.04.2021  09:45 

İtkinlərin valideynləri Paşinyandan hələ də cavab gözləyir





A+  A-

Ermənistan Şirak regional idarəsinin binası Qarabağ müharibəsində itkin düşən hərbçilərin yaxınları tərəfindən mühasirə olunmağa davam edir.
XəzərNews.az xəbər verir ki, “Sputnik Ermənistan” müxbirinin hadisə yerindən verdiyi məlumata görə, etirazçılar gecəni inzibati binanın qarşısında keçiriblər.

Vətəndaşlar geri çəkilmək niyyətində olmadıqlarını və tələblərinin (Baş nazir Nikol Paşinyanla görüş və Şirak bölgəsindən olan itkin düşən hərbçilər məsələsinin həll olunması) dəyişmədiyini bildiriblər. Əvvəlki gecə etirazçılar Şirak regional idarəsində işləyən qadınların binadan çıxmasına icazə versələr də, kişilər binada qalıb.

“Biz heç kimi binada qalmağa məcbur etmədik, kişilər öz iradələri ilə qalıb”,- deyə etirazçılardan biri qeyd edib.

İtkin düşən hərbçilərin valideynləri binaya heç kimi içəri buraxmayacaqlarını bildiriblər.

“Başqa bir şey istəmirik. Yalnız bir tələbimiz var - övladlarımız qaytarılsın və Paşinyan gəlib bizə cavab versin. O gələnə qədər bölgə rəhbərliyini mühasirədən çıxarmayacağıq”,-deyə aksiya iştirakçıları vurğulayıblar.

Qeyd edək ki, ötən gün səhər saatlarından etibarən itkin hərbçilərin valideynləri binaya gələrək Baş nazir Nikol Paşinyan, müdafiə naziri Vaqarşak Harutyunyan və Baş nazirin müavini Tiqran Avinyanla görüşmək tələbi ilə binaya olan giriş və çıxışları bağlayıblar. Onlarla polis məmuru hadisə yerindədir.

Xəbər 3413 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +