Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi
Rusiya erməniləri Rəştdə yerləşdirməlidir - Politoloq
Rusiya Kiyevə hücum edib
Solovyovun Bakını hədələməsinə Türkiyədən reaksiya
Sabiq məmur hərbçilərdən rüşvət alıbmış


11.01.2021  16:19 

Bu çirkab suları Pirşağı çimərliyinə axıdılır - Video





A+  A-

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində çirkab sularının dənizə axıdılması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə bloger-səyyah Emin Dostyari tərəfindən instaqram hesabında paylaşım edilib. Görüntülərdən aydın olur ki, ətraf kəndlərin tullantı suları Pirşağıda iri borular vasitəsilə Xəzərə axıdılır.

Bloger bildirir ki, çirkab suları yaxınlıqda Pirşağı çimərliyindən istifadə edən əhali üçün ciddi təhlükə yaradır: “Ətraf kəndlərin çirkab suları bu əraziyə axır. Suda olan qalın köpük onun işarəsidir ki, tərkibində külli miqdarda kimyəvi maddə var. Yaxınlıqda Pirşağı çimərliyi və Lahıc bağları yerləşir. İllərdir insanlar bu çimərliyə gəlirlər. Xəbərləri də yoxdur ki, çirkab suların yaxınlığında üzürlər. Bir neçə ildir ki, tullantı suları bu şəkildə axır və heç kim də əlac eləmir. Balıqçılar deyirlər ki, artıq buradan balıq tutmaq mümkün deyil. Ərazidə suiti və balıqların kütləvi ölümü müşahidə olunur. Bu sulardan tutulan balıqların yeyilməsi təhlükəlidir”.

Bloger bildirir ki, digər tərəfdən, torpaq çirkab sulardakı kimyəvi maddələri canına çəkir. Nəticədə içməli su ehtiyatı da zərər görür.

Bu problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, artıq bu məsələ ilə bağlı araşdırmalara başlanılıb.



Xəbər 4843 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +