Binəqədidə çirkab suları küçəyə axır - Foto
Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır


26.11.2019  12:28 

Valideynlərin nəzərinə





A+  A-

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” layihəsi keçiriləcək.
XəzərNews.az xəbər verir ki, BŞTİ müdirinin əmrinə əsasən keçiriləcək layihənin əsas məqsədi valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirməkdən ibarətdir.

2019-2020-ci tədris ili ərzində 9-20 dekabr və 13-24 aprel tarixlərində layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan görüşlərdə ibtidai (I-IV), orta (V-VIII) və yuxarı (IX-XI) sinif şagirdlərinin valideynləri övladlarının oxuduqları məktəbləri ziyarət edəcəklər.

Layihə çərçivəsində valideynlər məktəb mühiti ilə tanış olacaq, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat veriləcək. Valideynlərin məktəb mühiti ilə bağlı bağlı rəyləri, təklifləri dinləniləcək və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılacaq.

Eyni zamanda valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri də keçiriləcək.

Bundan əlavə, BŞTİ-nin Ümumi təhsil sektorunun əməkdaşları və Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən valideynlər üçün sessiyalar təşkil olunacaq. Valideynlərə təşəbbüskar və daha fəal olmaq, eləcə də müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyələr veriləcək

Xəbər 3151 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +