Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb
Günay Qurbanova Avropa çempionu olub
Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...


29.10.2018  12:45 

Binəqədidə yoxlamalar başladı - Xaləddin İsgəndərovun başı dərddə





A+  A-

Binəqədi rayonunda ciddi yoxlamalar başlayıb.
XəzərNews.az BakuPost-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısını əvəz edən Eldar Əzizovun göstərişi ilə başladılan yoxlamalarda əsasən qanunsuz tikililər araşdırılır. Məlum olub ki, Binəqədi ərazisində saysız-hesabsız qanunsuz tikililər var. Tikinti aparılması qadağan olunmuş ərazilərdə Binəqədi rayon İcra Hakimiyyətinin icazəsi ilə evlər, iaşə obyektləri inşa edilib. Bunların çoxu Neft Şirkətinin ərazisi, yaşıllıq zonalarda aparılıb. Araşdırma qrupu bu tikililərin siyahısını hazırlayır, saxta sənənədlərin verilməsində İcra Hakimiyyəti ilə yanaşı başqa hansı qurumların iştirak etdiyini araşdırır. Araşdırma aparıldığı üçün rayon ərazisində demək olar ki, bütün tikinti və sənədləşmə işləri dayandırılıb.

Məlum olduğu kimi, bu tikililərin böyük hissəsi 2012-ci ildən rayona rəhbərlik etmiş Xaləddin İsgəndərovun vaxtında aparılıb. Buna görə də yoxlamalar yekunlaşandan sonra sabiq başçının aidiyyəti qurumlar tərəfindən sorğu-suala çəkiləcəyi şübhə doğurmur.

Xəbər 3667 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +