Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


02.06.2018  11:17 

Aytənlə Mətanət dalaşdı - “Sənə görə işdən getdim...” - VİDEO





A+  A-

“Maşin”da keçmiş ANS TV-nin iki aparıcısı, hazırda ATV-də çalışan Aytən Səfərova və Mətanət Əliverdiyeva arasında qalmaqal yaşanıb.
XəzərNews.az xəbər verir ki, mübahisə aktyor Cavidan Novruza görə olub. Belə ki, Cavidan realiti şouda iştirakçılarla zarafat edib. Aytən isə aktyorun bu zarafatlarını qəbul etməyib və onlar arasında gərgin anlar yaşanıb.

Daha sonra Mətanət Əliverdiyeva C. Novruzu sakitləşdirməyə çalışıb və “Aytən kimdir ki, ona görə əsəbiləşirsən? O, ömür boyu ağzının danışığını bilməyib” - kimi ifadələr işlədib. Süjetdə səsləndirilən bu sözlərdən sonra Aytənlə Mətanət söz davasına çıxıb.

Mətanət həmkarına sərt sözlər deyib: “Burada ən pozitiv insanlardan mən və Cavidandır. Nə etməliyik? Mən burada şpaqat açıram, idman edirəm. Əcəb edirəm, pozitiv xanımam, kimə nə? 45 yaşımda bunu edirəm, sən də elə! Məni hövsələdən çıxartma.Mən belə qadınam. Kimə xoşdursa, baxsın, xoş deyilsə, xoş getsin!“

Aytən isə Mətanətə görə vaxtı ilə işdən ayrıldığını bildirib: “Mən xalqın qarşısında şpaqat aça bilmərəm. Üstümə qışqırma! Əzizim, səni Azərbaycan tanıyır. Emosional ola bilərəm, açıq sözlüyəm. Mətanət, sən məni yaxşı tanımalısan. Ona görə ki, bir neçə il bundan əvvəl səni müdafiə edərək işdən getmişdim”.

Qeyd edək ki, Mətanət Əliverdiyeva ANS kanalından sonra ATV-də işə düzəlmişdi. O, aparıcısı olduğu “Gündəlik” proqramında şpaqat açımış, tənqidlərə məruz qalmışdı. Bundan sonra ANS TV Mətanətlə bağlı tənqidi süjet yayımlamışdı. Aytən Səfərova isə həmin dövrdə kanala etiraz edərək işdən ayrılmışdı.

VİDEO

Xəbər 5302 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +