Binəqədidə çirkab suları küçəyə axır - Foto
Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır


01.06.2018  09:57 

“Reuters” Ərdoğanın planını üzə ÇIXARDI





A+  A-

Türkiyədə 24 iyunda keçiriləcək prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, iqtisadi idarəetməyə vahid mərkəzdən nəzarət ediləcək.
XəzərNews.az-ın məlumatına görə, bu haqda “Reuters”ə rəsmi şəxslər bildiriblər.

Plana görə, hökumət iqtisadi idarətməni Xəzinə və ya Maliyyə Nazirliyinin tabeliyinə verəcək.

Adlarının çəkilməsini istəməyən rəsmilər bildiriblər ki, Ərdoğan nazirlərin sayını 21-dən 14-ə endirmək niyyətindədir.

Mənbələrdən biri deyib ki, Ərdoğan qalib gələcəksə, Türkiyə hökuməti ilə müəssisələr arasında münasibətlər daha da istiləşəcək və investisiyanın stimullaşdırılması qaydaları sadələşdiriləcək.

“Hazirkı sistemə görə, təşviq üçün bir nazirliyə müraciət edirsiniz. Başqa bir nazirlik də bu təşviqə nəzarət edir. Başqa bir nazirlik də ödəmələrə baxır. Sonra da yoxlama üçün başqa bir nazirliyə gedirsiniz. Bu məntiq doğru deyil” deyə mənbə bildirib.

Türkiyə baş nazirinin müavini Mehmet Şimşek iqtisadi sahəni idarə etsə də, Maliyyə, Ticarət və İnkişaf nazirlikləri də iqtisadi idarəetmə ilə bağlı qərarlar verir.

Yeni plana görə isə İnkişaf Nazirliyi, Gömrük Nazirliyi, İqtisadiyyat Nazirliyinin bir hissəsi, turizmə məsul nazirliyin bir hissəsi yeni nazirliyə daxil olacaq.

Xəbər 3301 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +