Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


07.03.2018  18:45 

Əbülfəs Qarayev xanımları təbrik etdi





A+  A-

“Qədim dövrlərdən xalqımızın malik olduğu mənəvi-mədəni dəyərlər sistemində qadın daim müqəddəs bir yerə sahib olmuşdur. Azərbaycan analarının ailədəki müstəsna yeri onların ictimai həyatdakı fəaliyyətlərində də özünü aşkar şəkildə göstərmişdir”.
XəzərNews.az xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ölkəmizin mədəniyyət və turizm sahələrində çalışan xanımlara 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ünvanlanan təbrikində yer alıb.

Bildirilir ki, Azərbaycan qadınlarının zərifliyi, ailəcanlı olması, mətinliyi və məğrurluğu əsrlərdən üzü bəri tarixi mənbələrdə, ədəbi əsərlərdə dönə-dönə öz əksini tapıb. Qadınlarımızın ailə dəyərlərinə verdikləri əhəmiyyət ilk növbədə nəsillər arasında zəngin mənəvi bağlılığın qorunub yaşadılmasında mühüm rol oynayıb.

Təbrikdə daha sonra deyilir: “Azərbaycan qadınları bu gün ölkə həyatının bütün sahələrində öz töhfələrini verirlər. Hazırda mədəniyyət və turizm sahələrində çalışan işçilərin böyük bir hissəsini qadınlar təşkil edir. Bu sahələrin inkişafında onların mühüm xidmətləri olduğunu məmnunluqla qeyd edirəm. Sevindirici haldır ki, dövlətimiz tərəfindən qadınların fədakar əməyi həmişə yüksək qiymətləndirilir. Çalışdıqları sahələrdə müvəffəqiyyət qazanan xanımlar fəxri adlar, orden və medallarla təltif olunurlar”.

Əbülfəs Qarayev sonda bir daha mədəniyyət və turizm sahələrində fəaliyyət göstərən xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ailə səadəti, cansağlığı arzulayıb.

Xəbər 2956 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +