Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


27.12.2017  16:34 

“2018-də internet mediasına diqqət artacaq” - MŞ sədri





A+  A-

“Azərbaycan mediası daha bir ili geridə qoymağa hazırlaşır. Mətbuatımız ildən-ilə daha da peşəkarlaşır və artıq 5-10 il əvvəlki media deyil. Bu gün mətbuatımız dövlətçilik prinsiplərinə söykənir. Hesab edirəm ki, bu ənənə 2018-ci ildə də davam edəcək”.
XəzərNews.az bildirir ki, bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Modern.az-a açıqlamasında deyib.

O, 2017-ci ildə internet resurslarının da qanunvericilik baxımından media ailəsinə daxil edildiyini vurğulayıb.

“Bu il Milli Məclisdə mətbuatla əlaqədar qanunvericiliyə əlavə və dəyişikliklər edildi. 2018-ci ildə də bu istiqamətdə işlər aparılacaq”.

Ə. Amaşov ümid edir ki, 2018-ci ildə ictimai fikrin formalaşmasında əsas rol oynayan internet mediası diqqətdən kənarda qalmayacaq.

“Həmin KİV-lərə də dövlət qayğısı şamil olunacaq. Çünki bu vacibdir. Bir halda ki, ictimai fikir həmin vasitələrlə yayımlanır, reklam bazarının zəif olduğu bir məqamda internet mediasına belə yanaşa bilmərik. Çünki dövlət tərəfindən mediaya qayğı göstərilməsə, sabah kiminsə himayəsinə düşə bilər. Bundan da ictimai fikir uduzar. Dövlətin həyata keçirdiyi islahatlar yetərincə ictimaiyyətə çatdırılmaz. Bütün bunların qarşısının alınması ,onlayn jurnalistikanın saxlanılması üçün problemlər həllini tapa bilər. Bildiyimiz kimi, 2018-di ildə Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Azərbaycan jurnalistikası bu prosessləri də ləyaqətlə işıqlandıracaq. Hesab edirəm ki, bütün bunlar 2018-ci ildə mətbuatımızın qarşısında duran prioritet məsələlərdir”.

Mətbuat Şurasının sədri 2018-ci ildə reket yönümlü “KİV”lərə qarşı daha da sərt addımların atılacağını deyib.

“Artıq bu proses başlayıb. Həmin “media vasitələri” cəmiyyəti məlumatlandırmaq işini yox, ayrı-ayrı qurupların, şəxslərin maraqlarına xidmət edir. Mətbuat Şurası olaraq digər qurumlarla birlikdə həmin halların qarşısının alınması üçün mübarizəni daha da gücləndirəcəyik. Bu mübarizə nəticəsində onların fəaliyyəti müəyyən mənada məhdudlaşdırılacaq. Onlar öz istəklərinə nail ola bilməyəcək”.

Xəbər 2968 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +