Binəqədidə çirkab suları küçəyə axır - Foto
Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır


09.05.2017  17:12 

İstanbulu qana bulayan terrorçunun cəzası məlum oldu





A+  A-

Yeni il gecəsi İstanbulun “Reina” gecə klubunda törədilən terror aktı ilə bağlı aparılan istintaq işi yekunlaşıb.
XəzərNews.az-ın “Hurriyet”ə istinadən verdiyi məlumata görə, İstanbul Cumhuriyyət Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Şöbəsi tərəfindən hazırlanan iddianamədə teraktı həyata keçirən terrorçu Əbdülqədir Maşaripov bir nömrəli şahid olaraq dindirilib. Ondan başqa iddianamədə daha 56 şahid də yer alıb.

Ə. Maşaripovun “qəsdən adam öldürmə”, “silahlı terror təşkilatına üzv olma” cinayət maddələri üzrə 40 dəfə ağırlaşdırılmış ömürlük cəzaya məhkum olunmağı və 1540 ildən 2370 ilə qədər həbslə cəzalandırılmağı tələb olunub.

Terrorçunun həyat yoldaşı Zarina Nurullayevanın da eyni cinayət maddələri üzrə 40 dəfə ağırlaşdırılmış ömürlük cəza almağı və 1548 ildən 2003 ilə qədər azadlıqdan məhrum olunmağı istənilib.

Digər şübhəlilərin isə ağırlaşdırılmış ömürlük cəza ilə 7 il 5 aydan 15 ilə qədər həbslə cəzalandırılmağı tələb olunub.

Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə “Reina” klubunda törədilən terrakt nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb.

Terror aktını törədən Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov İstanbulun Esenyurt vilayətində İŞİD hücrəsinə edilən hücum nəticəsində 4 nəfərlə birlikdə saxlanılıb.

Xəbər 2844 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +