Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


09.05.2017  13:26 

Xain hərbçilərlə bağlı əhalidən edam tələbi - Deputatdan REAKSİYA





A+  A-

Vətənə xəyanət edərək, ermənilərə "işləyən” hərbçilərin aşkarlanması ilə bağlı yayılan məlumat cəmiyyətdə şok effekti yaradıb. Düşmən kəşfiyyatına casusluq edən azərbaycanlıların mövcudluğu əhalinin qəzəbinə səbəb olub və sosial şəbəkə istifadəçiləri həmin şəxslərin edam edilməsiylə bağlı çıxışlar edirlər.
Bu təkliflə çıxış edənlər Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra edam cəzasının müzakirəyə çıxarılması misal gətirərək Azərbaycanda da ölüm hökmünün bərpası məsələsinin vacibliyini bildirirlər.

Edam məsələsinin bir neçə dəfə gündəmə gəlməsini nəzərə alsaq, vətənə xəyanət edənlərin aşkarlanması məsələsi edam cəzasını bərpasına gətirib çıxara bilərmi?

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, ömürlük həbs ölüm cəzasından da betərdir: "Azərbaycan qanunvericiliyində "vətənə xəyanət” maddəsi ləğv edilib. Həmçinin ölüm cəzası da qanunvericilikdən çıxarılıb. Dünya praktikası sübut edir ki, cəzanın sərtliyi cinayətlərin sayını azaltmır, qarşısını almır. Daha başqa yanaşmalar, üsullar, vasitələr tətbiq olunmalıdır ki, həmin problem çözülsün və cinayətin baş verməsinə səbəb olan amillər aradan qalxsın.

Ölüm cəzasının bərpası məsələsini təkrar gündəmə gətirməyi məqbul saymıram. Vətənə satqınlıq edən adamlar ömürlük həbs alırsa, bu, hər gün ölüb-dirilməyə bərabərdir. Məncə, ömürlük cəza ölümdən də betərdir. Daha ağırdır, daha məhrumiyyətlidir, daha məşəqqətlidir”.

Xəbər 3347 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +