Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


22.01.2024  15:54 

Vüqar Fərəcli dünyasını dəyişib -Foto





A+  A-

Xətai Tibb Mərkəzinin cərrahı Vüqar Fərəcli dünyasını dəyişib.

Bu barədə Xəzərnews.az-a Mərkəzin mətbuat xidmətindən bildirilib.

Fərəcli Vüqar Firidun oğlu 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1984-cü ildə Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbi bitirib. 1992-ci ildə Azərbaycan Tibb Universitetini qırmızı diplomla başa vurub. Həmin ildən ATU-nun III cərrahi xəstəliklər kafedrasında kiçik elmi işçi, E.Əfəndiyev adına 2 saylı xəstəxanada isə həkim-cərrah kimi fəaliyyətə başlyıb.

"Xolesistektomiyadan sonra xroniki pankreatitin kəskinləşməsinin profilaktikası" adlı elmi işin müəllifidir. Bir sıra elmi məqalələri yerli və xarici jurnallarda çap olunub.

1997-2000-ci illərdə Füzuli rayonu Əhmədbəyli hospitalında çalışıb, tibb xidməti polkovnik-leytenantıdır.

II Qarabağ müharibəsi zamanı müxtəlif hospitallarda yaralı əsgər və zabitlərimizə xidmət göstərib. Orden və medallarla təltif olunub.

Allah rəhmət eləsin.



Xəbər 2722 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +