Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


20.04.2022  18:32 

“Tərtər işi“ - Xanlar Vəliyev niyə cəzalandırılmır? - Açıqlama





A+  A-

Tərtər işi” ilə bağlı məsələdə, şübhəsiz ki, hərbi prokuror Xanlar Vəliyev gec-tez öz cəzasını alacaq”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “Tərtər işi” ilə bağlı danışarkən deyib.

Partiya sədri hesab edir ki, Müdafiə Nazirliyinin rəhbərliyi, Xanlar Vəliyevin müavini, korpus komandirləri və hərbi prokurorlar da cəzalandırılmalıdır:

“Hazırda ona görə cəzalandırılmırlar ki, işgəncə görmüş insanlar, övladı qətlə yetirilmişlər, haqsız olaraq həbs olunanların valideynləri, ailə üzvləri öz tələblərinə nail olurlar. Əgər indi cəzalandırsalar, insident yarana bilər. Amma Xanlar Vəliyev mütləq layiqli cəzasını alacaq. Bu işdə Xanlar Vəliyev tək deyil, işgəncə mexanizmini həyata keçirənlər, qətlə yetirənlər böyük bir komandadır. Onların hamısı cəzasını almalıdırlar. Cəzanın nə vaxt olacağını zaman göstərəcək”.



Xatırladaq ki, ötən gün Baş Prokurorluq "Tərtər işi" ilə bağlı yeni məlumat yayıb.

Məlumatda qeyd olunur ki, "Tərtər işi" ilə bağlı 7 nəfər həbs olunub, bir nəfər beynəlxalq axtarışa verilib.
Eyni zamanda, 16 nəfər barəsində hökm ləğv edilib, 397 nəfər zərərçəkmiş kimi tanınıb.

Xəbər 3370 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +