Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


04.10.2020  18:21 

Düşmən Ağcabədini atəşə tutub, bir nəfər ölüb - Baş Prokurorluq





A+  A-

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.
XəzərNews.az-a daxil olan məlumatda deyilir:

"Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. İşğalçı ölkənin silahlı qüvvələrinin Ağcabədi rayonunun müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 04.10.2020-ci il tarixdə saat 15 radələrində yeməkxanada olan zaman oraya top mərmilərinin düşməsi nəticəsində Taynaq kand sakini 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu dağıntılar altında qalaraq həlak olmuş, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəymişdir.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir".

Xəbər 3958 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +