Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


31.07.2019  12:51 

Agentlik bu dəfə kafeni bağladı





A+  A-

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.
XəzərNews.az xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən növbəti monitorinq Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ev 7 ünvanında fəaliyyət göstərən ictimai-iaşə müəssisəsində (kafedə) aparılıb.

Baxış zamanı qeyd edilən ünvanda yerləşən yaşayış binasının zirzəmisində fəaliyyət göstərən kafedə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Məlum olub ki, müəssisənin havalandırma sistemi yoxdur, müştəri qəbulu zalı və mətbəxin divarı çirkli vəziyyətdədir, sanitar qovşaq birbaşa müştəri qəbulu zalında yerləşir.

Baxış zamanı kafedə məhsulların saxlanılması zamanı mal qonşuluğu prinsiplərinə riayət edilmədiyi və temperatur rejiminin gözlənilmədiyi, binanın ümumi kanalizasiya borusunun mətbəx sahəsində yerləşən işçi masanın üzərindən keçdiyi, istifadə edilən qablar və məişət ləvazimatlarının kanalizasiya borusunun üzərində saxlanıldığı aşkar edilib.

Aşkar edilən nöqsanlar əsasında Agentlik əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Xəbər 2780 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +