Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI
Binəqədidə yaşayış binasını birə basdı
Sabah 40 dərəcə isti olacaq
Bu stansiyada yeraltı avtomobil dayanacağı TİKİLƏCƏK
68 yaşlı kişi səhər tezdən dənizdə batdı
Bakıda DƏHŞƏT: “Laqonda“ kişinin üzünü kəsdi
Məktəbli anasını və nənəsini öldürdü
Məşhur aktyor müalicəsi üçün corab satır
Bakıda su niyə yoxdur? -RƏSMİ AÇIQLAMA


29.05.2019  11:08 

Bu təqaüd növü üçün sənəd qəbuluna başlanılıb





A+  A-

Azərbaycan Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına əsasən, yeni təqaüd növləri kimi, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə 2019-cu il aprel ayının 1-dən etibarən aylıq 50 manat məbləğində Prezident təqaüdü təsis edilib.
XəzərNews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri tərəfindən həmin təqaüdlərin təyin olunması üçün vətəndaşlardan sənəd qəbuluna başlanılıb.

Müvafiq qaydaya uyğun olaraq, I dərəcə əllilliyi olan şəxslərə qulluq edən şəxs Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq şəhər, rayon şöbəsinə müraciət edir.

Əgər I dərəcə əlilliyi olan şəxsin ailə üzvləri müraciət edirsə, o zaman onların qohumluq əlaqəsini təsdiq edən sənəd və təqaüd almaq barədə müraciət edən şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin ərizəsi təqdim edilir. (Ərizə I dərəcə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notarial qaydada təsdiq edilərək təqdim olunmalıdır.)

I dərəcə əlilliyi olan şəxsə qulluq edən, ailə üzvü olmayan şəxs müraciət etdikdə isə patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının (yerli icra hakimiyyətinin qəyyumluq, himayəçilik komissiyası) qərarı və təqaüd almaq barədə müraciət edən şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin ərizəsi təqdim olunmalıdır.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə təqaüd, həmin uşaqların sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinətinin adına təyin edildiyi şəxslərə ödənilir. Bu zaman heç bir sənəd təqdim edilmir. (Çünki təqaüd təyin edilməsi barədə sənədlər həmin uşağa sosial müavinət təyin edilməsi üçün toplanmış sənədlərin surəti əsasında tərtib edilir)

Ailədə iki və daha artıq I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduqda onlara qulluq edən şəxsə təqaüd I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan hər birinə görə təyin edilir və ödənilir.

Xəbər 2806 dəfə oxunub.




25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq

24.07.2025  17:22 

24 saatda 79 fələstinli öldü


BÜTÜN XƏBƏRLƏR +