Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


22.12.2017  16:43 

Generalın oğlu son sözə hazırlaşır





A+  A-

Bu gün Binəqədi rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucovun və hadisə zamanı onun yanında olan Kənan Vəliyevlə Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Rəşad Əliyevin icraatında olan prosesdə R. Orucov və digər təqsirləndirilən şəxslərə çıxış üçün söz verilib.

Lakin onların vəkilləri prosesdə iştirak etmədiyi üçün bundan imtina ediblər. R.Orucov “vəkilim gəlsin, sonra danışacağam” deyib.

Proses dekabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, prokuror çıxışında Rüstəm Orucovun 6 il, digər təqsirləndirilən şəxslərin isə 3 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib. Ötən iclasda dövlət ittihamçısı çıxış edərək R.Orucovun 6 il, K.Vəliyevlə P.Abbasova isə 3 il 6 ay müddətinə cəza verilməsi istəyib.

Xatırladaq ki, R.Orucovun atası general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olub, bu hadisədən sonra prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad edilib.

Xəbər 3284 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +