Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək


26.09.2024  10:12 

Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar





A+  A-

Bakıda Çex Respublikasının Dövlətçilik Günü münasibətilə rəsmi qəbul keçirildi. Tədbirdə Azərbaycanın və Çexiyanın Dövlət himnləri səsləndirildi.

Xəzərnews.az xəbər verir ki, Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek ölkəsinin dövlətçilik gününün tarixindən danışaraq qonaqlara Çex Respublikasının əldə etdiyi nailiyyətlər barədə məlumat verdi:

“Çexiya digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. Azərbaycan-Çexiya münasibətləri, ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələri daim inkişaf edir. Çexiya və Azərbaycan həm də yaxşı ticarət tərəfdaşlarıdır. Əlaqələrimizin dərinləşdirilməsi üçün böyük potensial vardır. Yüksək səviyyədə qarşılıqlı səfərlər, diplomatik və parlamentlərarası əlaqələr, müxtəlif sahələrdə əməkdaşlığımız münasibətlərimizin yüksək tempdə irəliləməsinə şərait yaradır. Ölkələrimiz arasındakı əlaqələrin inkişaf edərək daha da dərinləşəcəyinə əminəm”.

Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Məmməd Əhmədzadə Azərbaycan Hökuməti adından çex xalqını təbrik edərək bu ölkəyə sülh və əmin-amanlıq arzuladı:

“Azərbaycanla Çexiya çox yaxşı tərəfdaşdır. Ölkələrimiz arasında qarşılıqlı dostluq və əməkdaşlığa əsaslanan münasibətlər mövcuddur. Azərbaycan Çexiyanın Avropada üçüncü ən böyük ticarət tərəfdaşıdır. Müxtəlif sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Son dövrlərdə qarşılıqlı səfər və təmaslar artıb. Əminik ki, birgə səylərimizlə ölkələrimiz arasındakı strateji tərəfdaşlıq əlaqələri dövlətlərimizin və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla inkişaf edəcək.”

Qəbulda dövlət və hökumət nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və ictimaiyyət nümayəndələri iştirak ediblər.





İsmayil Rəhimoğlu
XəzərNews.az


Xəbər 7090 dəfə oxunub.



07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +