Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


05.11.2018  19:46 

İdmançımız erməniyə qalib gəlib qızıl medal qazandı





A+  A-

Paytaxt məktəblisi Gürcüstanda karate idman növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.
Təhsil Nazirliyindən XəzərNews.az-a verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 245 nömrəli tam orta məktəbin VI sinif şagirdi Aləm Mürsəlli 35 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Final mərhələdə erməni idmançını məğlub edən A.Mürsəlli qızıl medal, diplom və kubokla təltif olunub.

Qeyd edək ki, qısa müddətdir ki, karate ilə məşğul olmasına baxmayaraq, A.Mürsəlli həm ölkədaxili, həm də beynəlxalq səviyyəli yarışlarda parlaq uğurlara imza atıb. Belə ki, 2017-ci ildə Gürcüstanda təşkil olunan beynəlxalq turnirdə də A.Mürsəlli erməni idmançını məğlub edərək I yerə layiq görülüb.

Xəbər 2903 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +