Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


28.10.2021  10:24 

Gürcülər Saakaşvili üçün yenə küçələrdə - Video





A+  A-

Gürcüstanın Sameqrelo bölgəsinin Zuqdidi şəhərində böyük mitinq keçirilib.

Mitinq ölkənin keçmiş Prezidenti Mixail Saakaşvili tərəfindən təsis edilən “Vahid Milli Hərəkat” tərəfindən təşkil edilib.

Mitinqdə Sameqrelo bölgəsinin müxtəlif hissələrindən gələn iştirakçılar toplaşıb. Onlar “Mişaya azadlıq!” şüarları səsləndiriblər. Bununla yanaşı, mitinq zamanı Saakaşvilinin Sameqrelo sakinlərinə ünvanladığı müraciət də oxunub.

Bildirilir ki, “Vahid Milli Hərəkat” sözügedən mitinqlə Sameqrelo bölgəsində seçki qabağı kampaniyasını başa vurub.

Qeyd edək ki, oktyabrın 30-u Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu keçiriləcək. Seçki zamanı Zuqdidi də daxil olmaqla 20 şəhər və rayona merlər seçiləcək. Seçkilərin birinci turu isə oktyabrın 2-si keçirilib./Qafqazinfo/



Xəbər 3303 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +