Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


09.12.2022  15:48 

Vasif Talıbov vəzifədən gedərsə...





A+  A-

"Naxçıvanda islahatlar aparılacaqsa, bu, konstitusiya dəyişikliyi ilə müşayiət olunmalıdır. Vasif Talıbovun istefa ərizəsi yazdığı barədə məlumatlar, sadəcə, iddialardır, bunu təsdiq olunmamış məlumat kimi dəyərləndirirəm".

XəzərNews.az xəbər verir ki, bu sözləri politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, əgər elə bir istefa olacaqsa, rəsmi şəkildə bu məsələlərə baxılacaq.

"O zaman buna daha rahat şəkildə münasibət bildirmək olar. Belə bir hadisə baş verərsə, təbii ki, hakimiyyətin bütöv şəkildə Naxçıvanda həyata keçirilən proseslərlə əlaqədar öz ehtiyat variantı olmamış deyil. Əvəzolunmaz şəxs yoxdur, o cümlədən də, Naxçıvanda. Amma istənilən halda, biz gözləməliyik ki, proseslər öz axarı ilə getsin. Bu proseslərə xüsusilə təsdiq olunmamış məlumatlar əsasında fikir bildirməyi açığı, doğru saymıram. Burada, sadəcə, ehtimallar daha çox irəli sürülür. Bir daha hakimiyyətin namizədi-filan sualının üzərinə qayıdıram. Bütün məsələlərdə dövlət o zaman güclü olur ki, onun bütün ssenarilər üzrə hazır reseptləri olur, hazır variantlar növbədə gözləyir. Bu baş verənlərdə heç bir variant istisna deyil. Bu baxımdan təbii ki, Vasif Talıbov orada öz vəzifəsinin icrasını davam etdirə bilər. Oraya işğaldan azad edilmiş ərazilərə olduğu kimi, Prezidentin səlahiyyətli nümayəndəsi də təyin edilə bilər. Bunlar ən müxtəlif variantlardır və Vasif Talıbovun vəzifəsini icra etməyə davam edəcəyi mümkündür”, - deyə Oqtay Qasımov bildirib.

Xəbər 2480 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +