Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


05.03.2019  13:24 

“Ombudsman süni qiymət artımına qarşı addımlar atmalıdır”





A+  A-

“Dövlət başçısı islahatlar həyata keçirir, əməkhaqqı, əmək pensiyası artırılıb. Amma bununla yanaşı qiymətlər də artıb”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, ombudsman bu məsələni diqqətdə saxlamalıdır, süni qiymət artımının qarşısının alınmasında addımlar atılmalıdır.

T.Kərimli təqsirliliyin məhkəmədə müəyyən olunması məsələsinə də toxunub: “Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların olacağı barədə anons verib. Bu islahatların əsası təqsirliliyinin məhkəmədə müəyyən olunması ilə bağlıdır. Hər hansı sahə müvəkkili, orqan işçisi kabinetdə qarışqanı fil, fili qarışqa edə bilər. Bu məsələ məhkəmədə həll edilməlidir. Təqsirlilik yalnız məhkəmənin işidir. Məhkəmə müəyyən etməlidir ki, həmin şəxs təqsirlidir, ya yox”.

Xəbər 3485 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +