Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


14.05.2018  14:19 

200-dən çox gömrükçü məsuliyyətə cəlb edilib





A+  A-

Azərbaycanda korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində gömrük orqanlarının 10 əməkdaşının fəaliyyəti ilə bağlı sənədlər prokurorluq orqanlarına göndərilib.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Gömrük Komitəsininin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov “Gömrük orqanlarının işində şəffaflıq və hesabatlılıq” mövzusunda ictimai müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, daha yeddi əməkdaşın fəaliyyəti ilə bağlı sənədlər DGK-nin istintaq idarəsinə yönəldilib:

“İntizam məsuliyyətinə peşəkar öhdəliklərinin icrası zamanı pozuntulara yol vermiş 209 gömrük əməkdaşı cəlb olunub. Onlardan 10 nəfəri gömrük orqanlarından uzaqlaşdırılıb, iki nəfər tutduğu vəzifədən azad edilib.

Bir əməkdaşın vəzifəsi, beş nəfərin rütbəsi azaldılıb. Gömrük orqanlarının 47 əməkdaşına xəbərdarlıq və şiddətli töhmət verilib, 114 nəfər töhmət alıb, 30 nəfərə xəbərdarlıq edilib”.

Xəbər 3011 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +